Patent/Ümumi məlumat
Azərbaycan Respublikasında sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində dövlət siyasəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, onun Patent şöbəsi tərəfindən həyata keçirilir.
Fəaliyyət sahələri və göstərilən xidmətlər:
• Sənaye mülkiyyəti obyektləri barəsində yerli və xarici, hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu, qeydiyyatı, dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi;
• Dövlət reyestlərinin aparılması;
• Sənaye mülkiyyəti obyektləri üzrə sahiblik hüquqlarının verilməsinə dair müqavilələrin və sənaye mülkiyyəti obyektlərinin istifadəsi ilə bağlı lisenziya müqavilələrinin qeydiyyata alınması;
• Sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi sahəsində qanunvericilik aktlarının işlənməsi, dövlət fəaliyyəti sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
• Sənaye mülkiyyəti sahəsində qanunvericilik və normativ aktların təkmilləşdirilməsi üzrə işlərin aparılması, bu sahədə və öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericiliyin tətbiqi təcrübəsinin analizi və ümumiləşdirilməsi, onun müddəalarının aydınlaşdırılması;
• Patent müvəkkillərinin milli reyestrinin aparılması;
• Sənaye mülkiyyətinin mühafızəsi ilə əlaqədar məlumat təminatı və nəşriyyat işləri, məlumat mənbələrini idarəetmə və onun təşkilati-texniki təminatı sisteminin işlənməsi;
• Patent fondunun milli və xarici ixtiraların təsviri ilə, sənədlərlə və sənaye mülkiyyətinin digər sahələrinə aid ədəbiyyatla komplektləşdirməsi üzrə təşkilatı köməkliklərin təşkili və onun saxlanmasının təminatı;
• Məlumat axtarışının və texnoloji proseslərin avtomatlaşdırılması və kompüterləşdirilməsi tədbirlərinin həyata keçirilməsi üzrə hazırlıq işlərinin aparılması;
• Sənaye mülkiyyəti sahəsində mütəxəssislərin hazırlanması və ixtisasartırma işlərinin təşkili;
• Sənaye mülkiyyəti obyektlərinin yaradılması, hüquqi mühafızəsi və istifadəsi sahəsində xidmətlərin göstərilməsi və işlərin aparılması;
• Sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafızəsi və istifadəsi məsələləri üzrə xarici ölkələrin uyğun strukturları və beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;
• Uyğun beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil edilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilə və sazişlərdən irəli gələn öhdəliklərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;
• Beynəlxalq əməkdaşlıq üzrə tədbirlərin keçirilməsi, sənaye mülkiyyətinin mühafızəsi sahəsində xarici təcrübənin öyrənilməsi və istifadəsinin təşkili;
• Seminarlar, konfranslar, sərgilərin keçirilməsi, patent məlumatları bankının formalaşdırılması, Patent şöbəsinin fəaliyyətində Ümümdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) standartlarından istifadənin təmin edilməsi, hüquqi və fiziki şəxslərə metodik köməyin, patent-məlumat, məsləhət və digər xidmətlərin göstərilməsi;
• İxtiraçılıq və yaradıçılıq aktivliyinin stimullaşdırılmasına yönəlmiş tədbirlər kompleksinin hazırlanması, sənaye mülkiyyəti obyektlərinin kommersiyalaşdırılması ilə bağlı metodik tövsiyələrin və təlimatların işlənməsi;
• Dövlət Komitəsinin dövlət innovasiya proqramlarının işlənməsi və həyata keçirilməsində iştiraki və innovasiya layihələrinin ekspertizasının aparılması.